MIO GRAF M i l l i
İ n t e l l e k t u a l O y u n u :
Nəzərinizə çatdırmaq istərdim ki, MİO GRAF Azərbaycan
dilində hazırlanmış virtual intellektual oyundur. Oyunda mövcud kateqoriyalar altında
1000'ə yaxın sual, internetdən, jurnallardan, kitab və intellektual klublardan
toplanılaraq oyuna yerləşdirilmişdir. Bu məqsədlə oyundakı suallara görə layihə
rəhbəri heç bir məsuliyyət daşımır. Yanlış hesab edilmiş suallar qeydə alınaraq
növbəti versiyada düzəliş edilərək yerləşdirilir. Suallar bir neçə mərhələdən keçərək
yoxlanılsa da müəyyən yanlışlıqlar nəticəsində bəzi kiçik xətalar qaçılmazdır.
Layihə hər yeni versiyasında olduğu kimi, bu versiyasında
da müəyyən qədər sadələşdirilmişdir. Məqsəd internet və kompyüter istifadəçilərinin
boş vaxtlarının səmərəli keçirmələri üçün bir qədər köməklik göstərməkdir.
Hazırda oyun üzrə 2 kömək haqqı mövcuddur ki, bunlardan
biri suala məxsus 1 yanlış cavabı müəyyən edir və oyun üzrə 2 dəfə istifadə edilə
bilər, digəri isə mövcud sualı dəyişdirərək başqa sualı ekranda göstərir. Eyni zamanda
oyuna düşünmə zamanı da əlavə edilmişdir ki, bunu istəyə görə aktiv və ya passiv
edə bilər və hər sual üçün istəyə görə saniyə limiti seçə bilərsiniz.
Suallar müəyyən qədər çətinləşdirilməklə yanaşı əvvəlki versiyadakı
suallar da artıq istifadə edilməməkdədir. Hər oyun üçün sizə 15 sual verilir, hər
sualın 4 variantı olur və onlardan biri doğru cavab hesab edilir. Yanlış cavab seçildiyi
təqdirdə oyun dayandırılır və yeni oyun seçməyiniz lazım gəlir. Eyni zamanda əlavə
edilmiş daha bir özəllik var ki, oyunu bağlamadıqca qarşılaşdığınız suallar təkrarlanmamaqdadır.
Yəni oyun pəncəsi bağlanmadıqca bütün suallar qurtarana qədər qarşılaşdığınız suallar
bir daha qarşınıza çıxmaz. Gündəlik oyun üçün məhdudiyyət qoyulmamışdır. İstifadə
edilmiş suallar əsasən asanlığına görə 3 mərhələyə bölünüb. 1, 6 və 11-ci sual hər
mərhələnin ilk sualı hesab edilir və hər mərhələdə suallar bir qədər çətinləşir.
Eyni zamanda oyunda qaliblər kateqoriyası altında oyun üzrə qalib
gələnlərin adlarını görə bilərsiniz. Həmçinin 15 sualı doğru cavablandırdığınız
təqdirsə qarşınıza çıxan formu dolduraraq internet vasitəsilə qaliblər siyahısına
adınızı da salmağınız mümkündür.
İstifadəçilərdən gələn iradları nəzərə alaraq
oyunun setup (yüklənmə) sistemini artıq yığışdırmışıq. Oyuna məxsus .exe faylını
yükləyərək birbaşa oyuna başlaya bilərsiniz.
Layihə rəhbəri: Emin Novruzov
|