|
MIO MOBILE M o b i l
I n t e l e k t u a l O y u n
İstifadəçilərin istəyini nəzərə alaraq MİO intellektual oyununun
telefon versiyası a rtıq
fəaliyyətə başlamışdır. Oyunun ilk versiyasında 300 sual istifadə edilmişdir. Hazırkı
2-ci versiyasında yenə 300 sual istifadə edilməkdədir. Əvvəki versiyadakı sualların
hamısı çıxarılaraq yeni suallar ilə əvəz edilib.
Mobil telefonlar üçün hazırlanmış intellektual oyunu telefonlarınızda
oynamaq üçün mobil telefonunuz da FlashLite 2.0 dəstəyi aktiv olmalıdır. Nəzərinizə
çatdırıram ki, yeni çıxmış telefonların demək olar bütün modellərində FlashLite
2.0 dəstəyi aktiv olur, lakin bəzi telefonlarda 1.0 versiyası olduğu üçün oyunu
oynamaq mümkün olmur. Bunun üçün FlashLite 2.0 playerini proqram şəklində sonradan
əlavə etməlisiniz.
Oyunu telefonunuza yükləmək üçün heç bir proqramdan istifadə etməyə
ehtiyac yoxdur. Burdan yüklədiyiniz .zip faylının içərisindəki .swf faylını götürərək
telefonunuz da flash faylları üçün nəzərdə tutulmuş bölməyə atmağınız kifayətdir.
Oyunu eyni zamanda MMS texnalogiyası ilə dostlarınıza da göndərə bilərsiniz.
Bunun üçün telefonunuzda MMS yaradaraq xüsusi obyekt kimi oyunun .swf faylını əlavə
edərək göndərməlisiniz. MMS aktiv bütün telefonnlarda xüsusi fayl funksiyası mövcuddur.
Oyun mobil telefonlar üçün yaradılmışdır və əməliyyat sistemi rejimində
oyunu açmağınız mümkün deyildir. Nəzərinizə çatdırıram ki, oyunu faylında düzəliş
aparmaq və ya sualları dəyişdirmək qadağandır. Bunu edərkən sisteminizə dəyəcək
ziyana görə məsuliyət daşımırıq.
Layihə rəhbəri: Emin Novruzov
|
|
|